RU

Laçın Şəhəri Günü: MDB-nin mədəniyyət paytaxtında gənclər və yaradıcı layihələr bir araya gəlir

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə üçüncü dəfə Laçın Şəhəri Günü keçirilir.

Finss.az xəbər verir ki, builki Şəhər Günü Laçın üçün xüsusilə əlamətdardır, çünki MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını daşıyır.

Şəhər Günü çərçivəsində Laçın Azərbaycan da daxil olmaqla MDB-nin bəzi ölkələrindən yaradıcı gəncləri bir araya gətirib.

Azərbaycan bu il “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” layihələrinə ev sahibliyi edir.

Hər iki layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və NAYORAnın birgə təşkilatçılığı ilə reallaşır.

Avqustun 26-da Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən gənclərin iştirakı ilə “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradılıb.

Cumayev qeyd edib ki, Azərbaycan MDB ölkələri arasında mədəni əməkdaşlığın inkişafına töhfə verir və müxtəlif layihələr həyata keçirir.

Laçında MDB ölkələrindən yaradıcı gənclərin bir araya gəlməsi əməkdaşlığı, mədəniyyətlərarası dialoqu və yeni yaradıcılıq təşəbbüslərini gücləndirəcək.

Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli və Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasətindən danışıblar.

Diskussiya şəklində davam edən tədbirdə gənclərin sualları cavablandırılıb, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistan gənclər təşkilatlarının nümayəndələri öz ölkələrində reallaşdırılan layihələrdən söz açıblar.

Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının sahilində tanınmış Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

Избранный
165
15
fins.az

10Источники